Dünya futbolu

Daha bir ulduz MLS-i seçdi

Daha bir tanınmış futbolçu okeanın o tayına yollanır.

Aut.az xəbər verir ki, PSJ-nin qapıçısı Keylor Navas MLS klublarının diqqətini çəkib. Kosta Rika millisinin kapitanı qışda “Neşvill”ə keçməyə yaxındır. Qolkiperin transferi üçün Fransa klubu ilə danışıqlara başlayan amerikalılar ilk görüşdən müsbət nəticə ilə ayrılıblar.

 

Qeyd edək ki, “Neşvill” Navasın keçidi qarşılığında Paris klubuna 5 milyon avro ödəyəcək.