Əfsanə niyə funksioner kimi uğursuz olub?
Almaniya futbolunun əfsanəvi qolkiperi və “Bayern” keçmiş baş direktoru Oliver Kan açıqlama verib
Aut.az xəbər verir ki, o, Münhen klubunda funksioner kimi çalışdığı zaman niyə uğur qazana bilmədiylə bağlı suala cavab verib:
“Qapıçı kimi insanların beyninə yerləşdikdən sonra o vaxt etdiyiniz işdən fərqli bir şey etmək çətindir. Onlar sizin inkişaf etdiyinizi başa düşmürlər və Kanı qapıçı kimi görmək istəyirlər”.
Qeyd edək ki, sabiq qolkiper ötən mövsümün sonunda “Bayern”in sabit çıxış etməməsinə görə işindən uzaqlaşdırılıb.
