Almaniya

Müller “Bavariya”ya qayıdacaq?

“Bavariya”nın Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge klubun sabiq hücumçusu, hazırda “Vankuver Uaytkaps”da çıxış edən Tomas Müller haqda danışıb.

Aut.az xəbər verir ki, o, fsanəvi futbolçunun karyerasını başa vurduqdan sonra Münhen klubuna geri dönmə ehtimalını şərh edib:

“Azarkeşlər və klub istəyir ki, keçmiş oyunçular “Bayern”də rəhbər vəzifələrdə işləsinlər. Mən hesab edirəm ki, Tomas düzgün addım atıb. O, Şimali Amerikada yeni təcrübə qazanır, dünyagörüşünü genişləndirir, başqa dili öyrənir və yeni mədəniyyətlə tanış olur. Orada o, gələcəkdə mümkün iş üçün müəyyən hazırlıq görür.

O, yəqin ki, yeni çağırışı səbirsizliklə gözləyir. O, ən yüksək səviyyədə futbol oynayıb, bu isə ona şübhəsiz kömək edəcək. Həmçinin, klub haqqında çox yaxşı məlumata malikdir. Amma idarə heyətində və ya rəhbərlikdə işləmək meydançadakı işdən tamamilə fərqli bir vəzifədir”.

Aut.az