Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.
Aut.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.
Turun açılış matçı Sumqayıtda keçirilib. Şəhərin eyniadlı təmsilçisi “Turan Tovuz”u qəbul edib. Qarşılaşmada hesab açılmayıb.
Digər oyunda çempionatın sürpriz lideri “Zirə” mövsümə uğursuz başlayan “Neftçi”ni qəbul edib. Bu görüşdə də qalib müəyyənləşməyib. Sumqayıtdan fərqli olaraq Zirədə tərəflər hərəyə bir dəfə fərqlənib..
Turun digər oyunlar bazar və bazar ertəsi keçiriləcək. İkinci oyun günündə “Sabah” “Kəpəz”i, “Səbail” isə “Araz Naxçıvan”ı qəbul edəcək. Son gündə isə “Qarabağ” “Qəbələ”nin qonağı olacaq.
Azərbaycan Premyer Liqası, 7-ci tur
23 sentyabr (şənbə)
18:00 Sumqayıt – Turan Tovuz 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı
VAR: Tural Qurbanov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”.
20:30 Zirə – Neftçi 1:1
Qollar: Qismət Alıyev, 44-pen. – Yuri Matias, 23.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə OİK stadionu.
24 sentyabr (bazar)
17:00 Sabah – Kəpəz 2:2
Qollar: Con İrasabal, 24, Boyan Letiç, 51 (pen) – Abullahi Şuaybu, 8, Giorgi Papunaşvili, 61
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Bank Respublika Arena”.
19:30 “Səbail” – “Araz-Naxçıvan” 1:0
Qol: Pedro Nuno, 45+2
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.
25 sentyabr (bazar ertəsi)
19:00 Qəbələ – Qarabağ
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu.