İngiltərə

3 ay oynamayacaq

İngiltərənin “Mançester Yunayted” klubunun heyətində ciddi itki baş verib.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Aaron Van-Bissaka sıradan çıxıb. Əzələsindən zədə alan 26 yaşlı futbolçu 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki” “Mançester Yunayted” Aaron Van-Bissakanı 2019-cu ilin yayında”Kristal Pelas”dan transfer edib. İngiltərəli arxa xətt oyunçusu cari mövsümdə Premyer Liqada meydana çıxdığı 5 matçda 1 qol ötürməsi ilə yadda qalıb.