Messi yenə hər kəsi sadəliyi ilə heyran etdi – Video
“İntet Mayami”nin futbolçusu Lionel Messi diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, o, övladları Mateo və Ciro ilə birlikdə klubun akademiyasında təhsil alan Tiaqo Messinin oyununu izləyib. Oradakı şəraitsizlik argentinalı superulduzu narahat etməyib. Oturacaq tapmayan Leo qazonun kölgə düşən hissəsində əyləşərək övladının yolunu gözləyib. Həmin müddətdə onunla görüşmək istəyən uşaqların təklfini geri çevirməyib.
Bu görüntürlər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Azarkeşlər videonun altına müxtəlif şərhlər şərhlər yazıblar:
“Messi orada elə oturur, sanki Messi deyil”!
“Məncə o, Messi olduğunu unudub”.
“Bəli, bu çox yaxşı atadır”.
“Necə də təvazökar adamdır”.
“Uşaqlar sakitcə bütün zamanların ən böyük oyunçusunun yanından keçirlər. Oh…”
