UEFA prezidenti ərəblərə “ilişdi” – Pul itkisidir
UEFA prezidenti Aleksander Çeferin Səudiyyə klublarının ulduz futbolçuları almasınamünasibət bildirib.
Aut.az xəbər verir ki, Ceferin ərəblərin bu planının faydasız olduğunu iddia edib.
“Səudiyyə Pro Liqası Avropa futbolu üçün təhlükədirmi? Mən bundan narahat deyiləm. Məncə, futbolu almaq olmaz. Mən bir sorğu gördüm ki, azarkeşlər oyunçuları deyil, konkret turnirləri və komandaları izləyir. İspaniyada ictimaiyyətin 98%-i Benzemanın hara köçdüyünü bilməsə də, 100%-i onun əvvəllər “Real”da oynadığını bilir. Bəzi futbolçuların artıq geri döndüyünü görürük.
Düşünürəm ki, İngiltərədə Səudiyyə Ərəbistanına məxsus bir klub var ki, bu, işlərin necə aparılmalı olduğunun yaxşı nümunəsidir. “Nyukasl” super ulduzları almadı, lakin onlar Çempionlar Liqasına vəsiqə qazandılar. Təəccübləndim: yeni mövsüm üçün çoxlu futbolçu alacaqlarını gözləyirdim, amma bu baş vermədi və çox yaxşı oynadılar. Səudiyyə Ərəbistanı Pro Liqasının fəaliyyət tərzi ən yaxşı seçim deyil. Bu, pul itkisidir”, – deyə “The Guardian” Çeferindən sitat gətirir.
Aut.az
