O məğlubiyyətə söz tapa bilmədi, ağladı – FOTO
Bosniya və Herseqovina millisinin müdafiəçisi Dennis Hadzikaduniç AVRO-2024-ün seçmə mərhələsində Ukrayna yığması ilə oyundan sonra emosiyalarını saxlaya bilməyib.
Bosniyalılar evdə ukraynalılara 1:2 hesabı ilə uduzaraq, Avropa çempionatına vəsiqə şansını itirib. Eyni zamanda, meydan sahibləri demək olar ki, bütün ikinci hissəni öndə keçirib və son dəqiqələrdə iki qol buraxıblar.
“Biz qələbəyə yaxın idik. Beş dəqiqə qalırdı… Qələbə çox yaxın idi, amma uduzduq. Söz tapa bilmirəm. İndi danışmaq mənim üçün çox çətindir”, -Hadzikaduniç göz yaşlarını silərək deyib.

Aut.az
