Dünya futbolu

Qadınları çalışdıracaq – Argentinanı məğlub edən məşqçi

Fransanın qadın futbol millisinin baş məşqçisi vəzifəsinə Erve Renar təyin olunub.

Aut.az xəbər verir ki, Renar martın 28-də 2019-cu ildən rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı millisindən ayrılıb. Onun rəhbərliyi altında səudiyyəlilər DÇ-2022-də iştirak edərək gələcək çempion Argentinaya qalib gəlib (2:1), həmçinin Polşaya (0:2) və Meksikaya (1:2) uduzublar. Mart ayında Renarın yetirmələri yoldaşlıq oyunlarında Boliviya (1:2) və Venesuelaya (1:2) məğlub olub.

Renard Səudiyyə Ərəbistanından başqa, Qana, Zambiya, Anqola, Kot-d’İvuar və Mərakeş milli komandalarını da çalışdırıb. O, 2012-ci ildə Zambiya, 2015-ci ildə Kot-d’İvuarla Afrika Millətlər Kubokunda qələbə qazanıb.

Aut.az