Mourinyonun sözünü yerə salmır, qayıdır
“Roma”nın əfsanəsi Françesko Totti kluba qayıdacağı ilə bağlı şayiələrə cavab verib.
“Mourinyo mənim “Roma”da olmağımı istəyir? Mən belə düşünürəm, bəli. “Roma” üçün darıxıram”, – Totti etiraf edib.
Françesko Totti bütün peşəkar futbolçu karyerasını 1993-2018-ci illərdə “Roma”da keçirib. O, “canavarlar”ın heyətində 785 oyun keçirib, 307 qol vurub və 209 məhsuldar ötürmə edib. Karyerasını bitirdikdən sonra Totti bir il klub strukturunda çalışıb.
Bundan əvvəl komandanın baş məşqçisi Joze Mourinyonun Françesko Tottini “Roma”da görmək istədiyi bildirilirdi .Aut.az
