İtaliya

Məşqçi rəqibin əks-hücumunun qarşısını belə aldı – VİDEO

İtaliya futbolunda maraqlı hadisə baş verib.

Aut.az xəbər verir ki, 6-cı divizionun “Pontassieve” – “Subbiano” matçında qonaqların baş məşqçisi Andrea Benedetti qırmızı vərəqə ilə cəzalandırılıb. 54 yaşlı mütəxəssis meydana qaçaraq perspektivli əks-hücuma keçən rəqib oyunçunu yerə yıxdığı üçün cəzalandırılıb.

Bu hərəkətindən sonra 2008-2011-ci illərdə “Fiorentina”nın məşqçilər korpusunda köməkçi işləyən Benedetti üzr istəyirmiş kimi əllərini yuxarı qaldırıb. Təbii ki, bu, məşqçini cəzadan xilas edə bilməyib.

Azarkeşlər İtaliya Futbol Federasiyasından Benedettini ömürlük futboldan uzaqlaşdırmağa çağırırlar.