Millidən uzqlaşdırıldı – Sabiq sevgilisinin şikayətinə görə
“Mançester Yunayted”in futbolçusu Antoninin məişət zorakılğında ittiham ounduğu barədə məlumat vermişdik.
Aut.az xəbər verir ki, futbolçu bu ittihamlardan sonra Braziliya millisinin heyətindən uzaqlaşdırılıb.
Qeyd edək ki, “sambaçı” barəsində sabiq sevgilisi Qabriela Kavallinə şiddət göstərdiyi iddiası ilə San-Paulo məhkəməsində iş açılıb. Buna görə futbolçunun adı Braziliya millisinin iştirak ərizəsindən çıxarılıb.
Onun bir müddət pentekampionların heyətindən uzaq qalacağı proqnozlaşdırılır. Braziliya mətbuatının iddiasına görə, Qabrielanın şikayəti əsasında aparılan məhkəmə işi ən yaxşı halda 6 ay-1 il davam edəcək. Futbolçunun günahı sübuta yetirilsə, bu məsələyə bir daha baxılacaq.
