Sabiq “Qarabağ”lı “Sent Etyen”i elitaya qaytardı
Fransa Liqa 1-ə vəsiqə uğrunda “Sent-Etyen” pley-offun finalında “Mets”i məğlub edib.
Aut.az xəbər verir ki, ilk görüşdə qalib gələn (2:1) “Sent-Etyen” ikinci oyunda əsas vaxtda 1:2 hesabı ilə uduzub.
Əlavə vaxtın 117-ci dəqiqəsində sabiq “Qarabağ”lı İbrahima Vaci bərabərlik qolunu vuraraq “Sent Etyen”i elitaya çıxardıb.
“Sent-Etyen” aşağı liqaya düşdükdən iki il sonra elit diviziona qayıtmağı bacarıb.
Bir əsrdən artıq tarixi olan “Sent-Etyen” 10 qat Fransa çempionudur.
Aut.az
