31 mövsüm sonra nəticə təkrarlandı
“Milan” və “İnter” A Seriyasında tarixi nəticəni təkrarlayıb.
Aut.Az xəbər verir ki, əzəli rəqiblər buna çempionatının ilk 3 turunu maksimum nəticə ilə tamamlayaraq nail olublar. Daha öncə Milan təmsilçiləri yalnız 1971/1972 mövsümündə belə uğurlu startla diqqət çəkə biliblər.
Qeyd edək ki, hazırda hərəyə 9 xal toplayan “İnter” və Milan” A Seriyasının turnir cədvəlində uyğun olaraq 1-2-ci yerləri bölüşürlər. Milan təmsilçiləri növbəti turda bir-biri ilə qarşılaşacaqlar. Derbi sentyabrın 16-da baş tutacaq. “Qara-göylər” matça meydan sahibi qismində çıxacaq.
