Bir qələbəyə görə 100 min dollar mükafat
Sankt-Peterburq “Zenit”inin futbolçuları Rusiya Premyer Liqasının 5-ci turunda Moskva “Spartak”ı üzərində qələbəyə (3:1) görə sanballı mükafat alıblar.
Aut.az xəbər verir ki, bu barədə “Mutko protiv” teleqram kanalı məlumat verib. Mənbənin məlumatına görə, meydana daxil olan hər bir futbolçu 100 min dollar mükafat alıb.
Matçı ehtiyat oyunçular skamyasında keçirən futbolçular təxminən 50 min dollar qazanıblar.
6 turdan sonra “Zenit” 13 xalla turnir cədvəlində 2-ci yeri tutur.
Aut.az
