“Barsa”nın vunderkindi seçim etdi: Bu ölkə yığmasında oynayacaq
“Barselona”nın vunderkindi, 16 yaşlı Lamin Yamal beynəlxalq səviyyədə İspaniyanı təmsil etmək qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.
İstedadlı futbolçu seçim qarşısında qalmışdı: doğulub boya-başa çatdığı İspaniyada və ya atasının vətəni Mərakeşdə oynamaq. Nəhayət, Yamal İspaniyanın xeyrinə seçim edib.
Şayiələrə görə, Yamal AVRO-2024-ün seçmə mərhələsinin Gürcüstan və Kiprlə oyunları üçün Luis de la Fuentenin ilkin heyətinə daxil edilib.
O, İspaniya yığmasında meydana çıxan ən gənc futbolçu ola bilər.
Aut.az
