İspaniya

İstefa vermək niyyəti yoxdur

Son günlərin ən qalmaqalı futbol adamına çevrilən İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales açıqlama verib.

Aut.az xəbər verir ki, qurum rəhbəri qadınlararası Dünya çemoionatının mükafatlandırma mərasimində yaşadığı qalmaqaldan sonra vəzifəsini tərk etmək fikrində olmadığını bildirib:

“Mən təqaüdə çıxmaq fikrində deyiləm. Məni bu posta əvvəl izahat verməli olduğum qurum seçib. Buna görə tərəddüd etməyiblər. Məni dəstəkləyənlər az deyil. Deyərdim ki, onların sayı mənə qarşı olanlardan çoxdur. Bu, kortəbii, qarşılıqlı, eyforik və konsensual bir öpüş idi”.

FİFA hadisəyə görə Rubialesə qarşı intizam işi açıb.

Xatırladaq ki, funksioner dünya çempionatının qalibi olan İspaniyanın qadınlardan ibarət milli komandasının oyunçusu Henni Hermosonu mükafatlandırma zamanı dodaqlarından öpdüyü üçün tənqid olunur.