Karyerasını bitirdi
İngiltərənin “Reksem” klubunun qapıçısı Ben Foster peşəkar futbolçu karyerasını bitirdiyini elan edib.
Aut.az xəbər verir ki, ingilis qolkiper ikinci dəfə butslarını mıxdan asdığını açıqlayıb.
Belə ki, 2022-ci ilin sentyabrında yaşıl meydanlarla vidalaşdığını bildirən qolkiper bu ilin martında “Reksem”lə müqavilə bağlamışdı.
Qeyd edək ki, təcrübəli “çərçivə” qoruyucusu “Reksem”in forması ilə 12 oyun keçirib.
