İtaliya

Açıq siqnal verib ki, qayıtmaq istəyirəm

Çilili hücumçu Aleksis Sançes 2020-2022-ci illərdə çıxış etdiyi “İnter”ə qayıda bilər.

Aut.az xəbər verir ki, bu barədə “İnter”in baş direktoru Cüzeppe Marotta bildirib. O deyib ki, futbolçu Milan klubuna qayıtmaq istəyi.

“Sançes qayıtmaq istəyir. Aleksis “İnter”ə qayıtmaq istəyi ilə bağlı bizə açıq siqnallar verib, bu doğrudur”, deyə insayder Fabritsio Romano Marottanın sözlərindən sitat gətirib.

34 yaşlı Sançes “İnter”in heyətində 109 oyun keçirib, 20 qol vurub və 23 məhsuldar ötürmə verib. O, keçən mövsüm “Marsel”də oynayıb, daha sonra klubu azad agent kimi tərk edib.

Aut.az