Məşhur aparıcı MY-ni hədələdi: Onu qaytarsanız…
“Sky Sports” telekanalının aparıcısı Reyçel Rayli “Mançester Yunayted”i hədələyib.
Aut.az xəbər verir ki, məşhur aparıcı bildirib ki, klub hücumçu Meyson Qrinvudu komandaya qaytararsa, bir daha “Mançester Yunayted”i dəstəkləməyəcək.
21 yaşlı forvard əvvəllər təcavüzə cəhddə, məişət zorakılığında ittiham olunub. Sonradan ittihamlar ləğv edilib. Amma “Mançester Yunayted” rəhbərliyi öz araşdırmalarını davam etdirib.
“Zorlamaların 1%-dən az hissəsi polisə çatır və kimsı həbs edilir. Hamımız bu barədə kifayət qədər görmüş və eşitmişik. Hər şeyin normal olduğunu iddia etmək problemin bir parçası olmaqdır.
O qayıtsa, “Mançester Yunayted”i dəstəkləyə bilməyəcəyəm. Ümid edirəm ki, klub düzgün qərar verəcək”, – deyə Rayli sosial şəbəkələrdə yazıb.
Aut.az
