Zədəsini sağaltdığı müddətdə taksi sürücüsü işləyib
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne zədəsini sağaltdığı müddətdə nə işlə məşğul olduğu barədə danışıb.
Aut.az xəbər verir ki, 32 yaşlı belçikalı 2023-cü ilin avqustundan meydanda oynamırdı və yalnız yanvarın 7-də meydana qayıdıb.
“Düzünü desəm, üç-yeddi yaşlarında üç uşağınız olanda çox vaxt olmur. Mən əslində taksi sürücüsü idim. Və bu iş mənim xoşuma gəldi. İndi həyat yoldaşım üçün daha çətin olacaq. Düşünürəm ki, ailə mənimlə futbol izləməkdən həzz aldı.
Fasiləyə ehtiyacım vardı, amma bu dəfə mənfiləri müsbətə çevirmək üçün istifadə etdim. 10 il fasiləsiz oynadım – bəlkə də yenidən başlamağım yaxşı oldu. Özümü hansısa yolla idarə edə bildim. Ümid edirdim ki, yaxşı formada qayıda biləcəm”, – deyə De Bruyne bildirib.
Aut.az
