İngiltərə

Kişiləri bu qadına tapşıra bilərlər

İngiltərə Futbol Assosiasiyasının icraçı direktoru Mark Bellingem maraqlı açıqlama ilə gündəmə gəlib.

Aut.az xəbər verir ki, o, qadınlardan ibarət milli komandanın baş məşqçisi Sarina Uiqmanın gələcəkdə kişilərdən ibarət yığmaya rəhbərlik edə biləcəyini deyib:

“Mən onun gördüyü işdən çox razıyam və ümid edirəm ki, hələ uzun müddət bunu davam etdirəcək. Gələcəkdə nə vaxtsa kişi futboluna keçmək istəsə, bu, həqiqətən də maraqlı müzakirə olacaq.

Böyüklərdən ibarət kişi yığmasında vakansiya olarsa, biz matçlarda qalib gəlməyə qadir olan iş üçün ən yaxşı şəxsi seçəcəyik. Əgər həmin şəxs qadındırsa, niyə olmasın?

Qeyd edək ki, Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlar arasında dünya çempionatında Sarinanın rəhbərlik etdiyi İngiltərə millisi finala yüksəlib. “Aslanlar” avqustun 20-də keçiriləcək həlledici görüşdə İspaniya ilə qarşılaşacaq.