İngiltərə

Əfsanəni ötdü

İngiltərə millisinin futbolçusu Harri Keyn yeni rekorda imza atıb.

Aut.az xəbər verir ki, 30 yaşlı hücumnçu buna İtaliyaya 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda dubl etməklə nail olub. Təcrübəli forvard “Uembli” stadionunda İngiltərə millisinin forması ilə vurduğu qollarının sayını 24-ə çatdırıb.

Keyn “Uembli”də vurulan qolların sayına əfsanəvi Bobbi Çarltonu (23 qol) geridə qoyub.

Qeyd edək ki, İngiltərə millisi qələbə sayəsində final mərhələsində iştirakı təmin edib.

Aut.az