Bunu bacaran ilk məşqçidir
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yeni uğura imza atıb.
Aut.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Mütəxəssis tarixdə 3 klubla UEFA Superkubokunu qazanan ilk məşqçi olub.
Ötən gecə onun komandası UEFA Superkuboku uğrunda görüşdə “Sevilya”ya qalib gəlib (1:1, penaltilər seriyası – 5:4).
Əvvəllər Qvardiola 2009-cu və 2011-ci ildə “Barselona” ilə, 2013-cü ildə isə “Bavariya” ilə bu kuboku qazanıb.
