Bunu yalnız onlar bacarıb
İngiltərə Premyer Liqasının 1-ci turunun “Mançester Yunayted” – “Vulverhempton” matçı “qırmızı şeytanlar” üçün əlamətdar olub.
Aut.az xəbər verir ki, 1:0 hesablı qələbə qazanan Mançester təmsilçisi üçün bu, startda qazanılan 21-ci qələbə olub. Premyer Liqa tarixində heç bir komanda buna nail ola bilməyib.
Qeyd edək ki, sözügedən görüşdə “mankunianlar” Rafael Varanın 76-cı dəqiqədə vurduğu yeganə qolla qələbə qazanıb.
