“Qalatasaray”ın qələbəsi İngiltərəni silkələdi: “Liverpul” futbol yox, basketbol oynayır
“Liverpul”un əfsanəi Ceymi Karrager Arne Slotun işinə şübhə ilə yanaşdığını bildirib.
“Liverpul” Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”a uduzub (0:1).
Aut.az xəbər verir ki, Karrager bu barədə İngiltərə mətbuatına danışıb:
“Mən top-klubun oyunu görmədim. “Liverpul” indi futbol oynamır, basketbol oynayır. Məncə, to- komandalar belə oynamır.
Bu barədə artıq mövsümün əvvəlində baş məşqçiyə demişdim. O, hər şeyi məndən daha yaxşı başa düşür. Təbii ki, fantastik məşqçidir.
“Liverpul” ötən mövsümün əsas komandasından transferlər vasitəsilə oyununa bir az “ulduz tozu” qatan komandaya çevrildi .
Düşünürəm ki, ötən mövsüm məşqçi üçün o qədər asan keçdi ki, indi o, həqiqətən də pulunu qazanmalı olacaq.
Keçən mövsüm uğur qazandı və Premyer Liqanın qalibi oldu .
Lakin onun həll etməli olduğu bir neçə məsələ var və bunu necə edəcəyini görmək maraqlı olacaq, çünki çoxlu pul xərclənib”.
Aut.az
