İngiltərə

“Liverpul”un fantastik təklifini gözlədir: Bu kluba görə

“Liverpul” 26 yaşlı müdafiəçi Trent Aleksandr-Arnold 4 illik müqavilə imzalamağa razılaşacağı təqdirdə ona ildə 20 milyon funt-sterlinq maaş təklif edib.

Aut.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.

Bununla belə, mənbə əlavə edir ki, futbolçu bu təklifə cavab vermir. O, danışıqları təxirə salmağa qərar verib. Çünki “Real”a keçməyə maraq göstərir. Madrid klubunun əsas transfer hədəfi olduğu üçün “Liverpul” Arnoldla mümkün vəziyyəti yanvarda son olaraq müzakirə etmək istəyir.

Müdafiəçi ilə “Liverpul” arasındakı hazırkı müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Trent bütün yarışlarda 18 oyun keçirib və 3 məhsuldar ötürmə edib.

Aut.az