İtaliyaİngiltərə

“İnter” istədi, “Arsenal” ona qiymət qoydu

“İnter” “Arsenal”ın futbolçusu Folarin Baloqunu heyətinə qatmaq niyyətindədir.

Aut.az xəbər verir ki, İtaliya nəhəngi 22 yaşlı hücumçunun transferi üçün “topçular”a 35 milyon avro ödəməyə hazırdır. Ancaq “Arsenal”ın bu təklifi qəbul edəcəyi inandırıcı deyil. London klubunun rəhbərliyi ötən mövsümü yüksək vəziyyədə keçirən Folarinin satışından təxminən 50 milyon gəlir əldə etmək istəyir.

Qeyd edək ki, Folarin  ötən mövsüm icarə əsasında Fransanın “Reyms” klubunda çıxış edib. Balogun Fransa çempionatında 37 matçda iştirak edib və 21 qol vurub.