“Real” Arda ilə bağlı məlumat yaydı: Ən azı 2 ay…
“Real”ın yeni transferi Arda Gülər əməliyyat olunub.
Aut.az xəbər verir ki, türkiyəli futbolçunun sağ dizindən əməliyyat uğurlu keçib. Bu barədə klub rəsmi məlumat yayıb.
Həkimlərin rəyinə görə, 18 yaşlı yarımmüdafiəçi ən azı 2 ay yaşıl meydanlardan kənar qalacaq.
İyulun 6-da “Real”la müqavilə imzalayan Arda 23 gün sonra Madrid təmsilçisinin məşqində zədələnib. O, bu səbəbdən klubun ABŞ-dakı təlim-məşq toplanışını vaxtından əvvəl başa vurub.
Qeyd edək ki, Madrid klubu Türkiyə millisinin üzvü ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.
