Xavi iş axtarır: İspaniya istisnadır
“Barselona”nın keçmiş baş məşqçisi Xavi işləmək üçün yeni klub axtarır.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
45 yaşlı mütəxəssisə yaxın insanlar deyirlər: “Xavi ambisiyaları olan, orta və uzunmüddətli layihə ilə Avropa klubunu hədəfə alıb”.
Eyni zamanda, Xavi İspaniyada işləmək ariantını istisna edir, çünki o, “Barselona” istisna olmaqla, bu ölkənin heç bir klubunu çalışdırmağa hazır deyil. Xavinin yayda məşqçiliyə qayıtma ehtimalının böyük olduğu vurğulanır.
45 yaşlı mütəxəssis 2021-2024-cü illərdə “Barselona”nı çalışdırıb və Liqa və İspaniya Superkubokunun qalibi olub.
Aut.az
