Azərbaycan futboluManşet

“Neftçi” transfer siyasətini dəyişdi: 500 mindən yuxarı maaş tələb edənlərlə…

“Neftçi” transfer siyasətində dəyişiklik edilib.

Aut.az-ın əldə etdiyi məlumata görə, klub heyətinə qatmaq istədiyi futbolçuların bir qismi ilə danışıqları dayandırıb. Buna səbəb onların yüksək məvacib tələb etməsidir.

“Ağ-qaralar” yeni transferlərə illik yarım milyon dollardan artıq maaş ödəmək istəmir. Buna görə 700-800 min tələb edən futbolçularla danışıqlar müvəqqəti olaraq dayandırılıb. Onlarla transfer pəncərəsinin son günlərində – avqustun 25-dən sonra bir daha masa arxasına oturulacaq.

Klub rəhbərliyi hesab edir ki, məhz həmin vaxtlarda boşda qalmaqdan qorxan futbolçular şişirdilmiş tələblərdən əl çəkəcəklər.