“Formula 1” pilotu Pyer Qasli üçün mövsüm heç də yaxşı keçmir.
O, davam edən dünya çempionatının fərdi sıralamasında 22 xalla 12-cidir. 27 yaşlı sürücünün ən yaxşı göstəricisi Monako Qran-prisində qeydə alınıb – yeddinci sıra. Onun çıxış etdiyi “Alpin” komandası isə konstruktorların yarışında 57 xalla altıncıdır. Bu xalların əksəriyyəti Qaslinin komanda yoldaşı Esteban Okon tərəfindən qazanılıb.
Fransız pilotun karyerasından fərqli olaraq şəxsi həyatında hər şey yaxşıdır. Franciska Çerkueyra adlı xanımla eşq yaşayır. Onun 20 yaşı var və Portuqaliyada anadan olub Fransiskanın atası Qonsalo Qomeş “McLaren” komandasının pilotu olub. Ona görə də uşaqlıqdan avtoidman dünyası ilə yaxından tanışdır.
Çerkueyra ölkəsinin tanınmış modellərindən biridir. “Central Models” agentliyi və bir sıra məşhur brendlərlə – “Carolina Herrera”, H&M, “Nivea”, “Nespresso”, “Dyson” və s. ilə əməkdaşlıq edir. Onum şəkilləri nüfuzlu jurnalların üz qabığında da yer alır.
Pyer və Franziska 2022-ci ildə tanış olublar. İlk dəfə həmin ilin oktyabrında ictimaiyyət qarşısına çıxıblar. Maraqlıdır ki, bu, futbol matçına təsadüf edib. Onlar Parisdə keçirilən PSJ – “Marsel” oyununa stadiondan birlikdə baxıblar.
Cütlük 2023-cü ili də birlikdə qarşılayıb. Onlar bayramı Dubayda qeyd ediblər. Bundan sonra onların münasibətləriylə bağlı şübhələr yoxa çıxıb. Fransiska yarışlar zamanı daim sevgilisinin yanında olur. Pyer isə onu talismanı adlandırır.