Dünya futbolu

Azərbaycanlı referi Türkiyə klubunun oyununu idarə etdi

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Rumıniyada ÇFR və Türkiyənin “Adana Demirspor” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edib.

Aut.az xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi qarşılaşma ərzində 5 futbolçuya sarı vərəqə göstərib.

Məsiyev meydan sahiblərindən 2, qonaqlardan isə 3 futbolçunu cəzalandırıb.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb. Bu, Türkiyə təmsilçisinin avrokuboklarda ilk oyunu olub.