Dünya futbolu

Musa oynadı, komandası uduzdu

Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu keçirib.

Aut.az xəbər verir ki, Qurbanlının komandası evdə İsveçrənin “Lütsern” klubu ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Musa 63-cü dəqiqədə hesab 1:1 olarkən əvəzlənib. Cavab qarşılaşması avqustun 3-də İsveçrədə keçiriləcək.