Dünya futbolu

Avropa yaxın buraxmır, Mavritaniyaya üz tuturlar

Rusiya Futbol İttifaqının (RFU) mətbuat xidməti Mavritaniya Futbol Federasiyası ilə müqavilənin bağlandığını açıqlayıb.

Qeyd olunur ki, sənədi RFU-nun baş katibi Maksim Mitrofanov və Mavritaniya Futbol Federasiyasının vitse-prezidenti Aziz Buqorbal imzalayıblar.

Federasiyalar bu yöndə əməkdaşlıq edəcəklər:

Kişi və qadın futbolunun inkişafı proqramları, futbol menecmenti və marketinq sahəsində təcrübə mübadiləsi.

Təlim və mübadilə proqramlarını təşkili.

Müxtəlif səviyyələrdə milli komandalar üçün yoldaşlıq görüşlərinin təşkili imkanlarının nəzərdən keçirilməsi.

Aut.az