Almaniya

“Borussiya”da ayrılıq

Dortmund “Borussiya”sı futbolçusu Niko Şultsla yollarını ayırıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Niko 2019-cu ildən “Borussiya”da çıxış edirdi. O, bu komandada 61 oyunda 1 qol, 3 məhsudar ötürmə ilə yadda qalıb.