“Qarabağ”ın rəqibi ona qiymət kəsdi
“Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqiblərindən biri – “Bayer” (Leverkuzen) komandanın lideri Florian Virtsın təxmini qiymətini müəyyənləşdirib.
Aut.az xəbər verir ki, İspaniya mətbuatının yazdığına görə, söhbət 80 – 100 milyon avrodan gedir.
Avropanın bir sıra top klubları Virtsə maraq göstərir və “Bayer” artıq onlarla danışıqlara hazırlaşır. 20 yaşlı almaniyalıya iddialılar arasında ” Çelsi”, “Mançester Siti”, “Barselona” və “Bavariya” da var .
Bu mövsüm Virts bütün yarışlarda 15 matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Aut.az
