Dünya futbolu

Musa Qurbanlının komandasından qələbə

Futbol üzrə İsveç çempionatında 16-cı turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Musa Qurbanlının transfer olunduğu “Yurqorden” doğma meydanda “Malmö”nü 2:0 hesabı ilə məğlub edib.

Musa Qurbanlı işçi vizasını ala bilmədiyi üçün onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Xallarını 30-a yüksəldən “Yurqorden” 16 komanda arasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.