Poqba qayıdır: Bu oyunda meydana çıxacaq
“Monako”nun baş məşqçisi Sebastyan Pokonoli deyib ki, komandanın yeni transferi Pol Poqba şənbə günü “Paris” ilə matçda debüt edə bilər.
Aut.az xəbər verir ki, məşqçinin sözlərini “Chemss Belgacem” sitat gətirib.
Poqba artıq bir neçə həftədir ki, əsas qrupla məşq edir.
“Hazırda hər şey yaxşı gedir, gözləyirəm ki, onu tezliklə komandada görə biləcəyik”, – mütəxəssis bildirib.
Pol 2025-ci ilin yayında “Monako”ya keçsə də, komandada hələ debüt etməyib.
Yarımmüdafiəçi “Yuventus”, “Mançester Yunayted” və “Havr”da da çıxış edib. Lakin o, son mövsümlərdə dopinq səbəbindən diskvalifikasiya olunub.
Aut.az
