Dünya futbolu

Yığmanın sabiq üzvü 9,5 il həbs cəzası aldı – Bu səbəbdən

Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotik alverinə görə 9,5 il müddətinə azadlıqdan məhrum edilib.

Aut.az xəbər verir ki, bu barədə Krasnodar diyarı Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat verib.

“2023-cü ilin oktyabrında Buqayev narkotik vasitələrin olduğu “zibilxana”nın yerinin SMS mesajı alaraq ümumi çəkisi 494,8 qram olan narkotik vasitəni götürüb. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz satış məqsədi ilə əldə edib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı üçün buna nail ola bilməyib.

Keçmiş futbolçu ifadəsində narkotik maddə yaymağı planlaşdırmadığını, ancaq bunu ona təklif edən şəxslərin ifşa olunmasında polisə kömək etmək istədiyini bildirib. Lakin məhkəmədə ifadəsi oxunduqdan sonra Buqayev öz təqsirini tam etiraf edib.

Məhkəmə cəza təyin edərkən cəzanı yüngülləşdirən hal kimi uşağın olmasını, peşmanlığı, idmanda uğura görə çoxsaylı mükafatları nəzərə alıb.

Aleksey Buqayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli koloniyada çəkəcək. Hökm qanuni qüvvəyə minib”, – deyə məhkəmənin mətbuat xidmətindən bildirilib.

Aut.az