Dünya futbolu

Beyl sükutu pozdu: Ronaldo ilə problemi olub?

“Real”ın və Uels millisinin sabiq futbolçusu Qaret Beyl Madrid klubundakı sabiq komanda yoldaşı Kriştiano Ronaldo ilə münasibətləri barədə danışıb.

Aut.az xəbər verir ki, “The Times” nəşrinə danışan veteran vinger portuqaliyalı həmkarı ilə problem yaşamadığını bildirib:

“Bütün oyunçular yaxşı idi. Bilirəm ki, insanlar Ronaldo ilə gərgin münasibətlərdən danışırlar, amma mənim heç kimlə bir problemim olmayıb. Düşünmürəm ki, heç kimlə mübahisə etməmişəm. Çətin vaxtlarda belə paltardəyişmə otağında vəziyyət yaxşı olub.

Meydandakı bir neçə çətin anları nəzərə almasaq, “Real”da keçirdiyim anlardan həzz almışam. Peşman deyiləm”.

Qeyd edək ki, idman dünyasının aparıcı KİV-ləri birgə çıxış etdikləri vaxtlarda Beyl və Ronaldo arasında problem olduğunu və münasibətlərinin heç də yaxşı olmadığnı iddia edib.