Noyerdən “Bayern”ə bəd xəbər
“Bayern”nın qapıçısı Manuel Noyer zədəsini sağalda bilmir.
Aut.az xəbər verir ki, onun meydanlara qayıtması ilkin gözləniləndən daha uzun çəkə bilər. Gözlənilirdi ki, qapıçı mövsümlərarası fasilədə məşqlərə başlayacaq, Lakin bu baş verməyəcək. Onun Bundesliqada yeni mövsümünün startını buraxmaq ehtimalı var. 37 yaşlı qolkiperin meydanlara qayıdacağı dəqiq vaxtı müəyyənləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, Noyer oyun və ya məşq zamanı deyil, ötən ilin dekabrında istirahət edərkən ayağını sındırıb.
