İstanbul nəhənglərinin “braziliyalı müharibəsi”
Rusiya-Ukrayna müharibəsinin tammiqyaslı mərhələsi başlayandan sonra Braziliyaya qayıdan və hazırda icarə əsasında “Korintians”da çıxış edən “Şaxtyor”un yarımmüdafiəçisi Maykon tezliklə klubunu dəyişə bilər.
Aut.az xəbər verir ki, futbolçuya daha bir İstanbul nəhəngi – “Qalatasaray” da maraq göstərir. Daha əvvəl məlumat yayılmışdı ki, Maykonu “Fənərbağça” transfer etmək istəyir.
Hələlik hər iki türk klubu Maykonu transfer etmək imkanlarını araşdırır və məsələ konkret danışıqlara gəlməyib.
“Şaxtyor” Maykonu icarədən vaxtından əvvəl (dekabrın 31-dək nəzərdə tutulub) geri çağıra bilər, əgər onun satışı ilə bağlı razılığa gəlsə.
Aut.az
