Türkiyə

“Fənərbağça” ondan əl çəkmir

“Fənərbağça” “Mançester Siti”nin müdafiəçisi Kayl Uokeri transfer etməyə çalışır.

Aut.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotomaç” nəşri məlumat yayıb.

İstanbul klubu 35 yaşlı futbolçuya maaş artırımı ilə yeni və daha sərfəli müqavilə təklif edib. “Siti” ilə aparılan danışıqlar müsbət məcrada davam edir, lakin yekun qərarı Uokerin özü verəcək.

Xatırladaq ki, Kayl Uoker 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Milan”da keçirib. O, A Seriyasında 16 oyunda iştirak edib, lakin məhsuldar göstəricilərlə fərqlənməyib.

Uokerin “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Aut.az