Kərəm öyrətdi, Kante özünü azarkeşlərə belə sevdirdi – FOTO
N’Qolo Kante “Əl-İttihad”dan transfer olunduqdan sonra “Fənərbağça”da ilk oyununa çıxıb.
Aut.az xəbər verir ki, fransız futbolçu “Gənclərbirliyi”nə qarşı 62 dəqiqə oynayıb, komanda 3-1 hesablı qələbə qazanıb.
Yerli azarkeşlər yarımmüdafiəçini İstanbuldakı ilk dəqiqələrindən seviblər. N’Qolo belə coşğun qarşılanma gözləmirdi.
“Fənərbağça”dakı ilk oyunundan sonra Kantenin komanda yoldaşları ona qələbəni azarkeşlərlə necə qeyd etməyi öyrədiblər.
Kərəm Aktürkoğlu yeni oyunçunun əsas mentoru olub. Sevincli N’Qolo hər şeyi mükəmməl mənimsəyib və sevincini azarkeşlərlə bölüşüb.
Aut.az



