İngiltərədən “Trabzonspor”a
“Trabzonspor” növbəti transferini reallaşdırıb.
Aut.az xəbər verir ki, Qaradəniz təmsilçisi “Sauthempton”dan Mislav Orşiçi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb.
“Trabzonspor” xorvatiyalı futbolçu üçün İngiltərə klubuna 2,4 milyon avro ödəyəcək.
