Ramil Şeydayev oynadı?
Türkiyə I Liqasında XX turun oyunları keçirilir.
Aut.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Kolaelispor” “Altay”ın qonağı olub.
Matç Ramilin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanlı oyunçu qarşılaşmaya start heyətində başlayıb və 72-ci dəqiqədə əvəzlənib.
27 yaşlı futbolçu oyunun 40-cı dəqiqəsində sarı vərəqə alıb.
Hazırda aktivində 39 xalı olan komanda üçüncü yerdədir.
