İspaniyaTürkiyə

“Barselona”nın ulduzu Türkiyə nəhənginə keçir?

“Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Aut.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Mənbənin sözlərinə görə, almaniyalı qolkiperlə “Beşiktaş” klubu maraqlanır. Türkiyə nəhəngi artıq 33 yaşlı futbolçunun icarəyə götürülməsi üçün kataloniyalılara rəsmi təklif göndərib.

Lakin qeyd olunur ki, ter Ştegen özü daha az statuslu çempionat naminə İspaniya La Liqasını tərk etmək niyyətində deyil.

Mark-Andre ter Ştegen 2014-cü ilin yayından “Barselona”nın formasını geyinir. Onun klubla mövcud müqaviləsi 2027/2028 mövsümünün sonuna qədər qüvvədədir. “Transfermarkt” portalı qapıçının transfer dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Aut.az