Ulduz futbolçu “Fənər” üçün İstanbula gəlir
“Fənərbağça” mövsüm sonunda “İnter”dən ayrılmaq qərarına gələn Edin Cekonu transfer edir.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı hücumçunun tibbi müayinədən keçmək və transfer danışıqlarını tamamlamaq üçün İstanbula gedəcəyi vurğulanıb.
Bosniyalı oyunçunun “Fənərbaxğa” ilə 2 illik müqavilə imzalayacağı gözlənilir. O, İstanbul təmsilçisinə azad agent kimi transfer olunacaq.
Qeyd edək ki, geridə qoyduğumuz mövsümdə Ceko “İnter”in heyətində 52 oyuna çıxıb və 14 qol vurub.

