Azərbaycan futbolu

“Neftçi” Regekampfa nə qədər təzminat ödəyib?

Neftçi”dən istefaya göndərilən Laurentsiu Regekampfın klubdan aldığı təzminat bəlli olub.

Aut.az xəbər verir ki, “ağ-qaralar” mütəxəssislə müqaviləni vaxtından əvvəl pozduğu üçün ona 45 000 avro ödəyib. Bu barədə “playsport.ro” məlumat yayıb.

47 yaşlı çalışdırıcı ilə yanaşı, onun köməkçiləri ilə də yollar ayrılıb.

Qeyd edək ki, Regekampfın “Neftçi” ilə 2024-cü ilin yayınadək müqaviləsi var idi.